Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa hər bir Azərbayacanlının iftixarıdır” adlı dəyirmi masa keçirilib

15.04.2022

15.04.2022 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Çobanabdallı kənd kitabxana filialı Çobanabdallı kənd tam orta məktəbin müəllim və şagirdləri, Diyarşünaslıq evinin kollektivinin iştirakı ilə Prezident İlham Əliyevin sərəncamı ilə 2022 - ci ili Şuşa ili elan olunması ilə əlaqədar "Şuşa hər bir Azərbayacanlının iftixarıdır" adlı dəyirmi masa keçirdi. Tədbiri kitabxana filialının müdiri Fatma Əsgərova açaraq qeyd etdi ki, Şuşa işğaldan azad olunan gün noyabrın 8 də Şəhidlər xiyabanında xalqa müraciətində verdiyi xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. İnsanlar sevinc hissi ilə küçələrə çıxaraq bir-birlərinə gözaydınlığı verirdilər. Çobnabdallı kənd kitabxana filialının kitabxanaçısı Ağca Abdıyevaya bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Əziz Şuşa sən azadsan!"Əziz Şuşa biz qayıtdıq!"Əziz Şuşa biz səni dirçəldəcəyik!"ifadələri Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq. Azərbaycan xalqı daha Şuşanın işğal gününü xüsusi həssaslıqla da qeyd etməyəcək. Sonra Çobanabdallı kənd tam orta məktəbin müəllimi Sveta Məmmədova öz çıxışında bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanı Mədəniyyət paytaxtı elan etməsi haqqında sərəncam imzaladı. Şuşa azadlığının ilk dövrünə Mədəniyyət paytaxtı kimi qədəm qoydu. Şuşa çox yaxın illərdə nəinki Azərbaycanın, dünyanın mədəniyyət paytaxtı olacaq. Tədbirin sonunda Çobanabdallı kənd orta məktəbin şagirdləri Şuşa haqqında çəkdikləri rəsmlərini nümayiş etdirdilər, Şuşa haqqında şeirlər söylədilər.

 

90.6 KB

 

93 KB