Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yolunda” adlı informasiya günü keçirilib

15.04.2022

15.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Samux şəhər kitabxana filialı Beynəlxalq Mədəniyyət günü ilə əlaqədar "Azərbaycan mədəniyyəti dünyaya inteqrasiya yolunda" adlı informasiya günü keçirdi. Tədbirdə Samux şəhər kitabxana kollektivi və Samux şəhər 3 saylı tam orta məktəbin 8a sinif şagirdləri iştirak etdi. Samux şəhər kitabxana filialının müdiri Bahar Gözəlova Beynəlxalq Mədəniyyət günləri haqqında iştirakçılara geniş məlumat verdi və bildirdi ki, 15 aprel - Beynəlxalq mədəniyyət günüdür. Beynəlxalq mədəniyyət gününün təsis olunması 1935-ci il aprelin 15-də Vaşinqtonda imzalanmış "Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” müqavilə ilə bağlıdır. 2008-ci ilin dekabrında Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba, Latviya, Litvanın ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin dünya bayrağı altında Ümumdünya mədəniyyət günü kimi təsdiqi üçün beynəlxalq hərəkat yaradılıb. Qeyd edək ki, hələ 1931-ci ildə ilk dəfə mədəniyyət gününün qeyd olunması təklifini Belçikanın Bryuqqe şəhərində keçirilən konfransda rəssam Nikolay Rerix irəli sürüb. Həmin səbəbdən bu gün beynəlxalq hüquq təcrübəsində Rerix Paktı kimi də tanınır. Beynəlxalq mədəniyyət günü hər il aprelin 15-də dünyanın bir sıra ölkələrində, eləcə də Azərbaycanda qeyd olunur. Respublikamızda beynəlxalq səviyyəli mədəni tədbirlər isə yalnız ilin bu günü deyil, müxtəlif vaxtlarda düzənlənir. Samux şəhər kitabxana filialının kitabxanaçısı Fatma Mirzəyeva çıxışında bildirdi ki, Azərbaycanın mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsində Birinci  vitse-przident, Heydər Əliyev Fondunun rəhbəri, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri olduqca böyükdür. Mədəniyyətə dost xalqlar olduğu kimi, ona zərər yetirən, hətta onu məhv etməyə çalışan qüvvələr də mövcuddur. Etnik düşmənçilik zəminində bu irsin məhv edilməsi bütün bəşəriyyətə vurulan ən ağır zərbədir. İnanırıq ki, Azərbaycan mədəniyyəti  bundan sonra da  dünyaya inteqrasiya  yolunda  daha uğurlu addımlar atacaq.

 

170 KB