Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Vətənpərvər jurnalist” adlı anım günü keçirilib

15.04.2022

14.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Çobanabdallı kənd kitabxana filialı Çobanabdallı kənd Diyarşünaslıq evinin kollektivi və Bələdiyyə işçilərinin iştirakı ilə Əməkdar jurnalist Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin anadan olmasının 70 illiyi ilə əlaqədar "Vətənpərvər jurnalist" adlı anım günü keçirdi. Tədbirə başlamazdan əvvəl milli Qəhrəman Ali Mustafayevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi .Tədbiri giriş sözü ilə filialın müdiri Fatma Əsgərova açaraq bildirdi ki, Alı Mustafayev 1952- ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində anadan olmuşdur. 1969-cu ildə kənd məktəbini bitirmiş ,ordu sıralarında hərbi xidmətdə olmuşdur. 1971-1976 -cı illərdə elektrik maşın qayırma zavodunda tokar işləmişdir. 1981 -ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. O, Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində ədəbi- bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Çobanabdallı kənd kitabxana filialının kitabxanaçısı Ağca Abdıyevaya qeyd etdi ki, Alı Mustafayev 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin erməni hərbiləşdirmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisələrində həlak olmuşdur. Alı Mustafayev Lalə Mustafayevlə ailə həyatı qurmuşdur, 3 övladı var. Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

 

83.7 KB