15.04.2022
14.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Kosalar kənd Mədəniyyət evində "İnsan alverinə qarşı mübarizə" adlı tədbir keçirildi. Tədbirdə Xocalı rayon Kosalar kənd mədəni-maarif müəssisələri işçiləri və Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov iştirak etdilər.İlk öncə Xocalı rayon Kosalar kənd Mədəniyyət evinin direktoru Ramiz Məhərrəmov tədbiri açaraq məruzə üçün sözü Mədəniyyət evinin metodisti Şamil Bağırova verdi. Məruzədə insan alverinə qarşı dövlətimizin qətiyyətli mövqeyi,bu sahədə qanunvericilik bazasının mövcudluğu, təbliğat işinin mütəşəkkil formada aparıldığı qeyd olundu.
Daha sonra Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov çıxış edərək gənc nəslin təlim-tərbiyəsi üçün bütün imkanlardan istifadə olunmasını qeyd etdi. Təhsil müəssisələrində bu cür tədbirlərin davam etdirilməsini bildirdi.
Sonda məruzə ətrafında fikir mübadiləsi aparıldı.