Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Kaş əzəldən gəlməyəydim,ey fələk,dünyaya mən” başlığı altında şeir saatı keçirilib

15.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 nömrəli kitabxana filialı 1saylı tam orta məktəbin şagirdləri ilə birgə 15.04.2022-ci il tarixində şairə Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə bağlı "Kaş əzəldən gəlməyəydim,ey fələk,dünyaya mən" başlığı altında şeir saatı keçirdi.Tədbiri kitabxanaçı Aidə Abdullayeva açıq elan etdi və bildirdi ki, poeziyamızın iftixarı Xurşidbanu Natəvan Azərbaycan xalqının ədəbiyyatımıza bəxş etdiyi nadir şəxsiyyətlərdən biridir.O Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmışdır.Xurşidbanu 1832- ci il avqustun 15-də Şuşada,Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində doğulmuşdur.O yaradıcılığına təxminən XIX əsrin 50-ci illərindən başlamışdır.Natəvan xan qızı olsa da şəxsi həyatından razı qalmamışdır.O geniş qəlbinin müqabilində ona verilmiş miskin və darısqal həyatla heç cür barışa bilməmişdir.O,1873-cü ildə yüz min manat sərf edərək qayaların döşü ilə Şuşaya içməli su çəkdirmişdir.Natəvan vətənin rifahı naminə canını, varını əsirgəməyən,xalq yolunda  ürəyini məşəl edən el anası olmuşdur.İstedadlı qadın şairəmiz öz yaradıcılığı ilə ədəbiyyat və mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir.Onun lirikası öz təravətini bu günə qədər saxlamışdır.
Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı!
Nə də  bu aləm əra dil müqəyyədi-qəm olaydı!.

 

61.2 KB