14.04.2022
14.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Samux şəhər kitabxana filialı Azərbaycanın Milli Qəhramanı Ali Mustafayevin anadan olmasının 70 illiyi ilə bağlı "Dəli bir ağlama keçir könlümdən" adlı dəyirmi masa keçirdi. Tədbirdə Samux şəhər kitabxana filialının kollektivi, Samux şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak etdi. İlk öncə Milli Qəhrəmanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Samux şəhər kitabxana filialının müdiri Bahar Gözəlova açaraq Mustafayevin həyat və yaradıcılıq yolu haqqında danışdı. Alı Mustafayev 1952-ci il aprelin 14-də Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Əmək fəaliyyətinə Bakı elektrik maşınqayırma zavodunda başlayıb, 1976-1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək orada işləyib. Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayan Alı Mustafayev dövri mətbuatda müntəzəm olaraq lirik şeirlər və publisistik yazılarla çıxış edib. Erməni hərbi birləşmələrinin Azərbaycana hücumu zamanı qələmini silaha çevirərək, Dağlıq Qarabağda qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xalqın rəğbətini qazanıb. Samux şəhər kitabxana filialının kitabxanaçısı Fatma Mirzəyeva çıxışında bildirdiki Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev 1991-ci ilin noyabrın 19-da Dağlıq Qarabağın Qarakənd kəndi səmasında Azərbaycanın yüksək rütbəli dövlət nümayəndələrini aparan vertolyotun düşmən tərəfindən vurulması nəticəsində şəhid olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Tədbirdə Samux şəhər 3saylı məktəbin şagirdləri Alı Mustafayevə həsr olunmuş şeirlər söylədilər.