14.04.2022
13.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-in Aşağı Ağasıbəyli kənd kitabxana filialında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Şuşa şəhərinin 270 illiyi ilə bağlı " Şuşa Azərbaycanın gözüdür" başlığı altında informasiya günü keçirildi. Tədbiri giriş sözü ilə Aşağı Ağasıbəyli kənd kitabxana filialının müdiri Nəsrəddin Bayramov açaraq tədbir iştirakçılarını salamladı.İlk öncə II Qarabağ -Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.Sonra Şuşanın 1752-ci ildə Pənahəli xan tərəfindən təməli qoyulması və ümumilikdə şəhər haqqında ətraflı məlumat verdi. Sonra söz fəal oxucu Aytac Xəlilovaya verildi oda öz çıxışında bildirdi ki, Şuşa Qarabağın gözəlliyini özündə əks etdirən gözəl bir diyardır . Məktəbli və fəal oxucu Nəzrin İsmayılova Şuşanın azad olunması uğurunda gedən döyüşlər haqqında danışdı və qeyd etdi ki, Şuşa təkcə cənnət güşəsi deyil ,eyni zamanda çox hərbi strateji əhəmiyyətə malikdir.