Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qəhrəmanlar Unudulmur” adlı dəyirmi masa keçirilib

14.04.2022

14.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycan  Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Alı Mustafa oğlu Mustafayevin 70 illik yubileyi ilə bağlı "Qəhrəmanlar Unudulmur" adlı dəyirmi masa keçirildi.

Tədbirdə Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxana Sisteminin işçiləri iştirak etdilər. Tədbirin ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti  icra edən  Məmişov Arif açdı. O, qeyd etdi ki,  Milli qəhrəmanımız Mustafayev Alı 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində anadan olmuşdur. O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilmişdir. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır. O, 1991-ci il yanvarın 20-də Bakının dar küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını lentə köçürürdü.
Sonra çıxış üçün söz Mədəniyyət Mərkəzinin müşayətçisi Tağıyeva Şəlaləyə verildi. O, bildirdi ki, Alı Mustafayev Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan ‐ qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanmışdır. 1991-ci ilin 18-19  noyabrında erməni quldurları Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri eşidən Alı Mustafayev Ağdama yola düşən qrupa  rəhbərliyi öz üzərinə götürdü. Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbiçiləri Qaradağlıya aparan hərbi vertolyota Alı  Mustafayevin reportyor qrupu son anda özünü yetirdi. O, 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olmuşdur.

 

72.4 KB

 

74.4 KB