14.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 22 saylı filialı Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın 190 illiyi ilə əlaqədar "Qarabağın tək incisi" başlıqlı söhbət keçirdi. Böyük kitabxanaçı Aynur Abbasova iştirakçılara Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında məlumat verdi.
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır.Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlamışdır. İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. Onun şeirləri hələ sağlığında dildən-dilə düşmüş, əlyazma şəklində yayılmışdır. Xurşidbanunun şeirlərini məzmun cəhətdən şərti olaraq dörd qismə ayırmaq mümkündür.Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırır, şairənin qəzəllərini oxuyub ilham alırlar.