14.04.2022
13.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə "Şuşa ili" çərçivəsində "Könlüm keçir Qarabağdan" adlı davam etdirilən silsilə tədbirlərdən növbətisi keçirildi. Tədbir Zəfəri bizə qazandırmış şəhidlərimizin ruhunu anmaqla başladı. Giriş sözü ilə çıxış edən Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova bütün tədbir iştirakçılarını salamladı və onlara Şuşa ilə bağlı tarixi mühazirə oxudu. İşğal dönəmi və Zəfərdən sonra Şuşanı müqayisə edərək. Erməni vandallarının işğal dönəmində tarixi abidələrimizə, mədəniyyətimizə vurduqları ziyandan, öz ata baba yurdlarından didərgin salınmış soydaşlarımızın aldığı mənəvi zərərdən bəhs etdi. Qarabağın Zəfəri isə Şuşada çalışması haqda geniş danışdı.
Daha sonra isə məktəblilər xor və solo ifalarında biri - birindən gözəl Qarabağa həsr olunmuş musiqilər ifa etdilər.