Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xan qızı Xurşidbanu Natəvan” başlığı altında tədbir keçirilib

14.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı XIX əsr Azərbaycan bədii fikrinin görkəmli simalarından olan Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar “Xan qızı Xurşidbanu Natəvan” başlığı altında tədbir keçirtdi. Tədbiri 15 saylı filialın müdir əvəzi Şəhla İlyasova apardı. Qeyd etdi ki, Azərbaycan mədəniyyəti tarixində lirik şair və rəssam kimi şöhrət tapmış Xurşidbanu Natəvan ədəbiyyat tariximizdə diqqətəlayiq yer tutan söz ustalarındandır. Onun başçılıq etdiyi ədəbi məclis öz ətrafında dövrün qabaqcıl ziyalılarını toplamış və Qarabağ ədəbi mühitinin inkişafına güclü təsir göstərmişdir. Heç təsadüfü deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi ilə əlaqədar sərancam imzalamışdır. Və nəzərə alsaq ki, bu il Respublikamızda “Şuşa ili” elan olunub. Bunun əhəmiyyətinin hər birimiz üçün necə mühüm olduğunu xüsusi olaraq vurğulamaq yerinə düşərdi.

          Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü eləcədə xalqımıza qarşı törədilmiş soyqırımlarda həlak olmuş şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra söz çıxışçılara verildi. Tədbirdə Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin “Azərbaycan və dünya ədəbiyyatı” kafedrasının dosenti Qvami Qazıyev “Xan qızı Xurşidbanu Natəvan”, GDU-nun Azərbaycan dili və ədəbiyyatı müəllimi fakültəsinin II kurs tələbəsi, filologiya fakültəsi tələbə təşkilatının sədri Seyhun Rzayev “Ədəbiyyatımızda Xuşidbanu Natəvan obrazı” başlığı altında çıxış etdilər. Tədbirdə iştirak edən GDU-nun Azərbaycan dili və ədəbiyyatı müəllimi fakültəsinin I kurs tələbəsi, əslən Şuşalı, Xan qızı Xurşidbanu Natəvan nəslindən olan Vəfadar Mehdiyev belə bir tədbirə dəvət olunduğuna görə öz minnətdarlığını bildirdi. Görkəmli söz ustadının “Qərənfil” şeirini söylədi. Tədbirin sonunda filialın müdir əvəzi Şəhla İlyasova çıxışçılara öz minnətdarlığını bildirib tədbiri yekunlaşdırdı

 

333.1 KB

 

334.4 KB

 

287.5 KB