Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq artisti, aktyor Həsən Turabovun anadan olmasının 80 illiyi

17.04.2018

Xalq artisti, aktyor Həsən Turabovun anadan olmasının

80 illiyi ilə əlaqədar “ Atları yəhərləyin” filminin nümayişi.

17.04.18 – ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Xalq artisti Həsənağa Turabovun 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti-nin sərəncamı ilə əlaqədar kitabxanada “ Atları yəhərləyin” filmini nümayiş etdirdi. Əvvəlcə böyük kitabxanaçı Könül Mirxudayeva aktyorun Azərbaycan tarixindəki yeri, özünəməxsus yaradıcılıq yolu barədə məlumat verdi və xatırlatdı ki, sənətkar “ Yeddi oğul istərəm” filmində Gəray bəy, “ Axırıncı aşırım ” filmində Qaçaq Nəbi və başqa sevilən filmlərdə unudulmaz rollar oynamışdır. Sonra kitabxanaçı nümayiş olunan film haqqında qısa məlumat verərək bildirdi ki, filmdə xalq qəhrəmanı, əfsanəvi qəhrəman Qaçaq Nəbi və onun qorxmaz arvadı Həcərin göstərdiyi igidlikdən söhbət açılır.