13.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 13.04.2022-ci il tarixində Cəfər Cabbarlı adına 6 saylı məktəblə birlikdə 2015-2025-ci illər Azərbaycan gənclərinin inkişaf strategiyası ilə bağlı Prezidentin sərancamına əsasən “Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır” başlığı altında söhbət keçirdi.Söhbəti 1 saylı kitabxana filialının kitabxanaçısı Əmiraslanova Günay açdı.Günay qeyd etdi ki, gənclik Azərbaycanın bu günü və gələcəyidir. Gənclik millətin gələcəyinin, inkişafının təməl daşıdır. Gənclik hər bir ölkənin ictimai-siyasi,sosial-mədəni həyatında mühüm bir rola malik olan böyük qüvvədir.Gənclərin inkişaf strategiyası ilə bağlı 6 saylı məktəbin müəllimləri Rzayeva Gülmira, Rzayeva Aynur, Əhmədova Türkan öz fikirlərini bölüşdülər.Məktəbin şagirdlərinə gənclərin strategiyası ilə bağlı suallar ünvanlandı.Məktəbin şagirdləri Rzayev Rüstəm, Məmmədova Dürriyyə, Osmanova Çiçək,Ələkbərova Şövkət verilən sualları cavablandırdılar.1 saylı filialın müdiri Məlikova Züleyxa “Gənclik millətin gələcəyidir” başlığı altında tədbir iştirakçılarına geniş məlumat verdi. O, qeyd etdi ki, 44 günlük müharibədə Azərbaycan gəncliyinin nəyə qadir olduğunu öz əməllərində göstərdilər.Var olsun Azərbaycan gəncliyi.