13.04.2022
13.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Nağıllar aləminə səyahət” başlığı altında nağıl saatı keçirib. Nağıl dünyasının bu günkü qonaqları Samux rayon 4 saylı uşaq bağçasının uşaqları oldu. Uşaqlara “Meyvələrin söhbəti”, “Qarışqa və göyərçin”, “Ovçu Qasım”, “Qoğal”, “Balaca Aytən” kitablarından nağıllar oxudu. Körpələr nağılları həvəslə dinlədilər. Aparılan jurnallardan uşaqlara hədiyyə olundu.