Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Cümhuriyyət şairi Əhməd Cavad” adlı tədbir keçirilib

13.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Balakürd kənd kitabxana filialının işçiləri 13.04.2022-ci il tarixində Azərbaycanın görkəmli şairi, tərcüməçi Əhməd Cavadın anadan olmasının 130 illik yubileyi ilə əlaqədar “Cümhuriyyət şairi Əhməd Cavad” adlı tədbir keçirdilər.Tədbirdə Balakürd kənd orta məktəbinin yuxarı sinif şagirdləri, kənd orta məktəbinin ədəbiyyat müəlliməsi Laura Quliyeva və kənd mədəniyyət evinin işçiləri iştirak etdilər.Əvvəlcə Vüsalə Ziyadova Əhməd Cavadın həyatı və yaradıcılığı haqqında geniş məlumat verdi.Sonra isə Laura Quliyeva öz çıxışında qeyd etdi ki, Cümhuriyyət deyilən zaman yada hamıdan əvvəl Əhməd Cavad düşür.Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmlə həkk olunmuşdur.Gerbimiz öz rəngini, himnimiz öz musiqisini, marşımız öz ritmini bu böyük şairin poeziyasından alıbdır.Milli oyanış, xalq hərəkatı xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavadın şeirlərinin ruhuna hopmuşdur.Sonda məktəblilər şairin şeirlərini söylədilər.

 

101.6 KB