13.04.2022
11.04.2022-ci il tarixində Baxçakürd kənd kitabxana filialı və kənd Mədəniyyət evinin işçiləri kəndin ziyalıları və Goranboy rayon mədəniyyət şöbəsinin baş məsləhətçisi Gündüz Hacıyevin təşkilatçılığı ilə iki dəfə Sosialist Əməyi Qəhrəmanıı pambıq ustası Bəsti Bagırovanın116-cı il dönümü ilə bağlı “Əməyi sevməyi səndən öyrəndik” adlı tədbir keçirildi.
Tədbirdə Mədəniyyət şöbəsinin baş məsləhətçisi Gündüz Hacıyev Bəsti Bağırovanın həyatından bəzi məqamları iştirakçıların nəzərinə çatdırdı.
Teyyub Abbasov adına kənd orta məktəbin şagirdləri Səməd Vurğunun ""Bəsti" poemasında parçalar söylədilər.Tədbirin sonunda Bəsti Bağırovanın qohumları təşkilatçılara öz minnətdarlıqlarını bildirdilər.