Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Əziz Şuşa sən azadsan “ adlı tədbir təşkil olunub

12.04.2022

12.04.2022 -ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Nizami Gəncəvi muzeyinin akt zalında “Şuşa ili” ilə əlaqadar olaraq  ”Əziz Şuşa sən azadsan “ adlı tədbir təşkil olundu.

Gəncə şəhər 32 saylı məktəbin 7e sinif şagirdləri tədbirdə iştirak etdilər. Şagirdlər ilk öncə muzeyin ekspozisiya hissəsi ilə tanış oldular. Muzeyin bələdçisi Ləman Abdullayeva şagirdlərə ekskursiya keçdi. Daha sonra akt zalında tədbir təşkil olundu.Tədbiri çıxış sözü olaraq Nizami Muzeyinin elmi işçisi Xəyalə Məmmədova açdı. Öz çıxışında Şuşa  şəhərinin mədəniyyətimizin beşiyi olduğunu bildirdi, şəhərin mədəni ocaqlarından və tarixi yerlərindən danışdı.

Elmi işçidən sonra 32 saylı məktəbin müəlliməsi Zərifə Hacıyeva öz çıxışında Şuşa  şəhərinin yaranma tarixindən işğalından və azad olunmasından danışdı.

Sonda uşaqlar öz təəssüratlarını paylaşdılar. Xatirə şəkilləri çəkdirdilər.

 

105.5 KB

 

148.2 KB

 

107.1 KB