12.04.2022
12.04. 2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Zərqulu kənd kitabxana filialının əməkdaşları Kəlbəcər rayonun 02 saylı Uşaq bağçasının 5 yaşa qədər uşaqlar ilə “Nağıllar aləminə səyahət” başlığı altında nağıl saatı keçirildi. Zərqulu kənd kitabxanasının müdiri Orucova Aynurə uşaqlara Azərbaycan xalq nağıllarından olan “Tülkü, tülkü tünbəki”, “Xoşbəxt qızlar”, “Turp”, “Göy qurşağı”, “Bİp-Bip”, “Sehirli dünya” və s. kitablarından nağıllar oxudu. Körpə uşaqlar maraqla nağılları dinləyərək yenidən digər nağılları dinləmək istədiklərini bildirdilər.