Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nağıllar aləminə səyahət” adlı nağıl saatı keçirilib

12.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin Səyyar şöbəsi 12.04.2022-ci il tarixdə Gəncə şəhər 22 saylı Körpələr Evi Uşaq Bağçasında "Nağıllar aləminə səyahət" adlı nağıl saatı keçirdi. Səyyar şöbənin böyük kitabxanaçısı Sevinc Ağazadə uşaqlara "Şir və siçan", "Cığal sərçə" nağılını ifadəli şəkildə oxudu. Nağılı maraqla dinləyən uşaqlar nağıl haqqında öz fikirlərini məntiqlərinə uyğun şəkildə ifadə etdilər. Nağıldakı şəkillər uşaqların  maraq dairəsini əhatə etdi və həmçinin tədbir uşaqların sevincinə səbəb oldu. 
Nağıl saatını keçirməyimizdə əsas məqsəd şifahi xalq ədəbiyyatımızı yaşatmaq, təbliğ etmək, uşaqların nitq və təfəkkürünü inkişaf elətdirməkdən ibarətdir.

 

107.5 KB