12.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Gənclər Kitabxana filialında 11.04. 2022-ci ildə Azərbaycanda Kitabxana işçilərinin l Qurultayının keçirilməsinin 60 illiyi ilə əlaqədar "Kitabxanaçı adının qüruru" başlığı altında konfrans keçirildi.
Tədbirdə kitabxananın böyük kitabxanaçısı Xəyalə Ismayılova konfransda iştirak edən hər kəsi təbrik edərək bildirdi ki , kitabxana işi həm ağır həm də məsuliyyətli işdir. Bildiyimiz kimi kitabxana növündən asılı olmayaraq kitab şəkilində çap edilmiş bütün informasiya daşıyıcılarının toplandığı və istifadə edildiyi yerdir. Kitabxanalar tarixən, eləcədə də bu gün kütləvi mütaliənin təşkilatçısı olaraq qalır. Sonra söz Gəncə şəhər Yazıçılar Birliyinin sədri şairə Xəzəngül Hüseynovaya verildi. O, qeyd etdi ki, kitabın hər zaman dəyərli mütaliə vasitəsi olmasından insan təfəkkürünün və nitqinin formalaşmasinda olan üstün keyfiyyətlərdən danışdı.Sonra Gəncə Maarif evinin rəhbəri İmamverdi Vəliyev kitabxanalarda qurulacaq yeni strukturlardan bəhs etdi. Kitabxananın direktor əvəzi Fəridə Qədimova kitabxana işindən və kitabxanaçıların fəaliyyətindən danışdı. KİŞ-şöbəsinin müdiri Gülnaz İsgəndərova modern və elektron kitabxana haqqında məlumat verdi. Tədbirdə iştirak edən Ellada Rəhimova və Aidə Abdullayeva kitabxana işi haqqında öz dəyərli fikirlərini söylədilər. Sonda kitabxananın müdiri Məryam Məmmədova tədbir iştirakçılarını və bütün kitabxanaçıları təbrik etdi və onlara tutduqları işdə uğurlar arzuladı. Tədbir kitabxanaçı adının qüruru başlığı altinda şeirlə yekunlaşdı.