Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şuşa Qarabağın mirvarisidir” adlı onlayn videokonfrans keçirilib

11.04.2022

11.04.2022-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasında 2022-ci ilin " Şuşa İli" elan olunması ilə bağlı "Şuşa Qarabağın mirvarisidir" adlı onlayn videokonfrans keçirildi.

Tədbirdə Mədəniyyət Mərkəzinin kollektivi, kənd filialları, Həmkarlar İttifaqının sədri Hüseynova Məhəbbət, 1 saylı orta məktəbin 4a sinifinin dərnək üzvləri iştirak etdilər.
Konfransın Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı. O, konfrans iştirakçılarını salamlayaraq bildirdi ki, Şuşasız Qarabağ qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur. Prezident İlham Əliyevin bildirdiyi kimi Şuşa təkcə Şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini, sevən hər bir vətəndaşımıza əziz bir şəhərdir, əziz bir torpaqdir, əziz bir qaladır, əziz bir abidədir. Sonra çıxış üçün söz Qiyaslı kənd klub müdiri Bülbül Kərimovaya verildi. O, qeyd etdi ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktları nəticəsində dağıdılmışdır. Daha sonra söz Füzuli kənd Mədəniyyət evinin müdiri Qiyas Əsgərova verildi. O, bildirdi ki, haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

 

59.3 KB