09.04.2022
09.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun təşəbbüsü, Regional İdarənin tabeliyində fəaliyyət göstərən Z.Qayıbov adına Gəncə şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbində “Şuşa ili” çərçivəsində Gəncədə ilk dəfə keçirilən Aşıq müsabiqəsinə start verilib.
Əvvəlcə Regional İdarənin Aşıq Şəmşir adına Kəlbəcər Mədəniyyət Evinin direktoru Akif Bayramov münsiflər heyətini və müsabiqə iştirakçılarını salamladı, Azərbaycanın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Sonra Aşıq müsabiqəsi barədə məlumat verildi.
Z.Qayıbov adına 5 saylı Uşaq Musiqi Məktəbinin direktor əvəzi Qahirə Məmmədova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli Sərəncamı ilə bu il “Şuşa ili” elan olunmuşdur. Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi ilə Gəncədə ilk dəfə keçirilən Aşıq müsabiqəsi təqdirəlayiqdir.
Sonra Aşıq müsabiqəsinin bədii rəhbəri Gəncəbasar Aşıqlar Birliyinin sədri Aşıq İlqar Nəcəfov müsabiqə barədə ətraflı məlumat verdi. O, münsiflər heyətinin üzvlərini müsabiqə iştirakçılarına təqdim etdi.
Münsiflər heyətinin üzvləri: Respublikanın Əməkdar Mədəniyyət İşçisi şair-dramaturq Sahib İbrahimli, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin direktor əvəzi Təvəkkül Hüseynli, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin saz sinfinin müəllimi Aşıq Bəhruz Bağırov, F.Əmirov adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin saz sinfinin müəllimi Aşıq Saleh Tağıyev və Gəncə şəhər Bülbül adına 3 saylı Uşaq Musiqi Məktəbinin saz sinfinin müəllimi Məhəbbət Kazımova da müsabiqədə iştirak edənlərə uğurlar dilədilər.
Müsabiqənin ilk seçim turunda Gəncə və Naftalan şəhərlərindən, Kəlbəcər, Goranboy, Tovuz, Göygöl, Laçın, Şəmkir, Samux rayonlarından 8-30 yaş həddində olan 50 nəfər iştirak etdi.
Aşıq müsabiqəsi hər həftənin şənbə günü davam edəcəkdir.