Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Özbəkistanda Azərbaycan mədəniyyət günlərini keçirilir

09.04.2022

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti Qardaş Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində  dahi, ulu Nizami Gəncəvinin adını daşıyan ali təhsil ocağının fəaliyyət göstərməsi, əlbəttə ki, qardaş Özbək xalqınıın,dövlətinin Azərbaycan ədəbiyyatına,mədəniyyətinə olan ehtiramının,sevgisinin ən bariz nümunəsidir.Heç şübhəsiz,qüvvəti elmdə görən azərbaycanlı dahinin adını daşıyan bu təhsil ocağının tələbələri də ayrıca olaraq çox şanslı tələbələrdir.Bu günlərdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, hər iki ölkənin mədəniyyət nazirliklərinin, dəstəyi ilə həyata keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində nümayəndə heyyətimiz  Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində olmuş,məruzələr etmiş və yaddaqalan görüşlər keçirmişlər.
İnstitutun rektoru, professor İbrahim Yuldaşev Bakıdan gələn qonaqları-Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Milli Məclisin deputatı, parlamentdə “Azərbaycan-Özbəkistan” Dostluq qrupunun üzvü Müşfiq Cəfərov, Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov ,Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov  və digər qonaqları ali məktəbin həyətində qarşılayıb,yüksək qonaqpərvərlik nümayiş etdirmişdir.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Gəncə şəhəri, Gəncənin mədəniyyəti, incəsənəti haqqında, dahi Azərbaycan şairi Nizami Gəncəvi (880) və dahi Özbək şairi Əlişir Nəvai (580) mövzusunda ətraflı çıxış etmişdir.

 

197.7 KB

 

224.4 KB

 

161.8 KB