Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Unudulmayan tarix başlığı altında onlayn tədbir keçirilib

09.04.2022

08.04.2022-ci il tarixində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Almalı kənd kitabxana filialında  Ağdaban faciəsinin 30 illiyi ilə əlaqədar olaraq “Unudulmayan tarix başlığı altında onlayn tədbir keçirildi.Filial müdiri Zenfira Nəcəfova Ağdaban faciəsi haqqında tədbir iiştirakçılarına  məlumat verdi. Tədbirdə Gəncə şəhər Marif evi İctimai Birliyinin həmtəhsisçisi İmamverdi Vəliyev,Kəlbəcər rayon 11 saylı tam orta məktəbin tarix müəllimi Samirə Cabbarova,GDU-nun tarix və coğrafiya  fakultəsinin 4-cü kurs tələbəsi Natiq Bayramov,Gəncə Humanitar Kollecin müəllimi Könül Məmmədova çıxış edərək bildirdilər ki, bu hadisə Azərbaycanın gözəl guşəsi olan Qarabağın qala qapısı Kəlbəcəri ələ keçirmək üçün erməni separatçılarının “Böyük Ermənistan” yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırım faktıdır. Bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işgəncələr verilməsi, yurdundan didərgin salınması ilə müşayiət olunan insanlıq əleyhinə ən böyük cinayət olmasından danışdılar.

 

1.4 MB