Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Mauqli” povestinin kitab müzakirəsini keçirilib

09.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana  Sisteminin 13 saylı kitabxana filialı 08.04.2022-ci il tarixdə Gəncə şəhər Səməd Vurğun adına 41 saylı orta məktəbin şagirdləri ilə birgə ingilis yazıçısı Cozef Redyard Kiplinqin "Mauqli" povestinin kitab müzakirəsini keçirdi. Kitabxanaçı Qafarova Könül ilk öncə məktəb şagirdlərinə yazıçı haqqında qısa məlumat verdi. Bildirdi ki, 
Cozef Redyard Kiplinq 1865-ci ildə Hindistanda anadan olmuşdur. Atasının sayəsində o, müxtəlif sahələrdə geniş biliklər əldə etmişdi. Onun ilk jurnalist karyerası elə Hindistanda, Laxordakı bir qəzetdə başlamışdır. Sonradan o, bir çox ölkələrə səfərlər etmişdir: Yaponiya, Birma, Çin, bütün Amerika. Nəhayət, Londonda məskən salmışdır. Ədəbiyyat üzrə Nobel mükafatını almış ilk ingilis yazıçısı, şairi və novellaçısıdır. Yazıçının ən məşhur əsərləri "Cəngəlliklər kitabı", "Kim" və "Sonuncu nəğmə oxunuşu"  sayılır.
Kitabxanaçı bildirdi ki, bu gün sizinlə müzakirə edəcəyimiz yazıçının  "Mauqli" əsəridir ki, onun cizgi filmini hər biriniz böyük həyəcanla izləmisiniz. Kitabxanaçı əsərin əvvəlindən qısa izah verərək bildirdi ki, əsərdə Canavar ailəsi cəngəlliyə düşmüş balaca Mauqlini qəddar Şirxanın əlindən xilas edib böyütməyə başladı. Oğlan çox cəsarətli idi, həmişə canavaraların balaları ilə oynayırdı. Bir gün Şirxan onu görməyə gəlib: ‘Bu mənim ovumdur!’ – dedi və hər şey də elə bundan sonra başladı…Əsərin davamını uşaqlar söyləyərək əsər haqqında müzakirə apardılar. Hər bir məktəbli əsər haqqında maraqlı fikirlər söylədilər. Təşkil olunmuş kitab müzakirəsi maraqlı keçdi.

 

86.4 KB

 

62.3 KB