Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi” adlı ədəbi-bədii gecə keçirilib

09.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin müəllim və şagird kollektivi ilə birlikdə 08.04.2022-ci il tarixində görkəmli Azərbaycan bəstəkarı, SSRİ xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun anadan olmasının 100 illiyi ilə əlaqədar “Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi” adlı ədəbi-bədii gecə keçirdi. Tədbirdə Vətən Müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edildikdən sonra  MKS-nin 19 saylı filialının  müdiri Elza Əliyeva “Geniş və rəngarəng yaradıcılığa malik Fikrət Əmirov”, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin psixoloqu  Qətibə Mustafayeva “Rəngarəng yaradıcılıq palitrasına malik qüdrətli sənətkar”, Azərbaycan dili ədəbiyyat müəllimələri Mərquşə İbrahimova “ Milli zəminə bağlı bəstəkar”, Bahar Məmmədbəyli “Simfonik muğam janrının banisi Fikrət Əmirov”, Uşaq Təşkilatı Birliyinin rəhbəri Qənifə Nağıyeva  “Ecazkar xalq musiqisi və muğam ənənələrinin bəstəkarı”, Məktəbin kitabxanaçısı Ruziyə Abbasova “Fikrət Əmirovun sənət nümunələrində milli ruh”, kitabxanaçı Jalə İsmayılova  “Fikrət Əmirovun zəngin irsi Azərbaycan musiqi sənəti salnaməsinin ən parlaq səhifələrindəndir” adlı    çıxışlar etdilər. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin musiqi müəlliməsi Təranə Hacıyevanın rəhbərliyi ilə VIc sinif şagirdlərindən Amid Abdullayev, Çinarə Alıyeva, Bağdagül İsmayılova, Fafimə İsayeva, İsayeva Minarə, Mədinə Rzazadə, Murad Rzazadə, Ayan Həsənova, Vc sinif şagirdlərindən Nərgiz Hüseynli, Brilyant İsmayılzadə, Sevinc Cəfərova, Bahar Zeynallı, Dünyaxanım Nuriyeva, Mədinə Cəfərova, Ayan İsmayılova  musiqiləri Fikrət Əmirovun, sözləri Zeynal Cabbarzadə, T.Elçinin olan  “Bahar gəlir”,”Bizim həyət”, “Odlar yurdu” adlı mahnıları ifa etdilər. VIc sinif şagirdi Amid Abdullayev tarda  bəstəkar Fikrət Əmirovun “Sənə də qalmaz” adlı bəstəsini ifa etdi

 

128 KB

 

146.2 KB

 

152.3 KB