08.04.2022
08.04 .2022 ci il Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Burunqovaq kənd kitabxana filialı Molla Nəsrəddin jurnalının çapdan çıxmasının 116 illiyi münasibəti ilə Burunqovaq kənd ümumi orta məktəbin şagirdləri , kitabxananın az yaşlı oxucuları ilə birlikdə "Cəlb Edici Jurnallar " adlı söhbət keçirildi.Kitabxana filialının müdiri Yusifova sahilə söylədiki,7 aprel 1906-cı ildə Azərbaycanın ilk satirik dərgisi olan "Molla Nəsrəddin"in birinci sayı çapdan çıxmışdır. Görkəmli mühərrir Cəlil Məmmədquluzadənin redaktorluğu ilə işıq üzü görmüş "Molla Nəsrəddin" dərgisi 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə isə Bakıda nəşr olunmuşdur. Sonra azyaşlı oxuculara Molla Nəsrəddin jurnalından maraqlı lətifələr oxudu.