Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Natəvan bədii əsərlərdə” adll xülasə keçirilib

08.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 08.04.2022 - ci il tarixdə XIX əsr Azərbaycanın  görkəmli şairəsi Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi ilə əlaqədar "Natəvan bədii əsərlərdə" adll xülasə keçirdi.Tədbiri böyük kitabxanaçı Könül Mirxudayeva aparırdı.Kitabxanaçı öncə şairənin həyat və yaradıcılığı haqqında oxuculara qısa məlumat verdi və qeyd etdi ki,Natəvan poeziyası Azərbaycan şair və yazıçılarımızı da ilhamlandırmış,onlar öz əsərlərində şairənin həyatını,yaradıcılığını dolğun şəkildə qələmə almışlar.Biz də Natəvan irsinin oxucular arasında geniş təbliği üçün yazıçı İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesi, şair Qasım bəy Zakirin "Xurşidbanuya" şeirini,şair Məmməd Rahimin "Natəvan" poemasını,şair Əliağa Kürçaylının "Natəvan" şeirini,şair Səməd Vurğunun "Natəvan" şeirini xülasə etdik.Kitabxana işçiləri olaraq bizim borcumuz Xan qızı Natəvanın həyat və fəaliyyətini dərindən tədqiq edib xalqımıza çatdırmaqdır.

 

91.3 KB

 

199.4 KB