Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Vaqifin poeziyası” başlıgı altında şeir gecəsi keçirilib

08.04.2022

08.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 11 saylı kitabxana filialı  XVIII əsr Azərbaycan poeziyasının gorkəmli nümayəndəsi Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi münasibətilə “Vaqifin poeziyası” başlıgı altında şeir gecəsi keçirdi.
Tədbiri filialın kitabxanaçısı Nailə Məmmədova açaraq şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. 
         Molla Pənah Vaqif Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Əsl adı Pənahdır. Dövrünün elmli, bilikli adamlarından olduğundan adının əvvəlinə “molla” titulu artırılmışdır. O, mükəmməl mədrəsə təhsili almış, dini və dünyəvi elmləri, ərəb və fars dillərini dərindən öyrənmişdir.Yeni, rəngarəng xalq yaradıcılığı nümunələrinin yaranıb, dildə-ağızda dolaşdığı bir zamanda gənc Pənah daha çox bu ədəbiyyatın təsiri altında şeir yazmağa başlayır. “Vaqif” təxəllüsü ilə yaratdığı qəlboxşayan şeirləri onu tezliklə məşhurlaşdırır. 
Şair ömrünün sonlarında ağır, faciəli günlər yaşamışdır. Tale qoca sənətkarı Ağa Məhəmməd şah Qacarın əlindən alsa da, Qarabağ xanlığını ələ keçirmiş Məhəmməd bəy Cavanşirin zülmünə məruz qoyur. Vaqif öldürülərkən evinin qarət olunduğu, əlyazmalarının itdiyi güman edilir. Dövrümüzə çatan əsərləri yaddaşlara hopan, hafizələrdə, şeir dəftərlərində hifz olunanlardır.
Şair həm klassik üslubda, həm də xalq yaradıcılığı üslubunda şeirlər yazmışdır. Onun yaradıcılığında məhəbbətin tərənnümü mühüm yer tutur. 
Qoşma janrında yazdığı şeirlər şairin yaradıcılığında sayca çoxluq təşkil edir. Təsadüfi deyildir ki, Vaqif öz ədəbi məktəbini sadəlik, xəlqilik, nikbinlik kimi əlamətlərlə ölməzlik qazanan qoşmalarla yaratmışdır.
Tədbirdə Gəncə şəhər 20 nömrəli tam orta məktəbin  şagirdi Şəhanə Əsgərova   çıxış edərək şairin yaradıcılığı haqqında danışdı. Daha sonra 8-ci sinif şagirdi Verdiyeva Sədaqət şairin “Durnalar” şerini, Nazlı Hüseynova  “Gormədim” müxəmməsini, Pəri Abbasova “Bəri bax” şeirini söylədi. 
         Tədbirdə Gəncə şəhəri 20 nomrəli tam orta məktəbin, Samux rayon Alıuşagı kənd orta məktəbinin, 21 saylı tam orta məktəbin,16 nomrəli tam orta məktəbin  şagirdləri  və kitabxananın fəal oxucuları iştirak etdi.

 

99.1 KB

 

141.8 KB