08.04.2022
07.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Samux rayon Lək kənd kitabxana filialının təşəbbüsü ,Lək Sənətkarlıq evi ,Lək kənd orta məktəbinin 8a sinif şagirdləri və müəlliminin iştirakı ilə Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi ilə əlaqədar “Ağla gözüm ayrılırsan canandan”adlı dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə Lək kənd kitabxana filialının müdiri Sevinc İsmayılova açaraq,Azərbaycan şairi ,məşhur siyasi-ictimai xadim Molla Pənah Vaqifin həyat və yaradıcılığından söhbət açdı və qeyd etdi ki,bütün həyatını xalqa ,vətənə xidmət etmiş,xalqıyla yaxından bağlı bir yaradıcılıga malik olan şairin həyat yolu elə bir faciə ilə bitir ki,Vaqif edam edilir. Vaqif edam edildikdən sonra onun evi talan olunur. Bütün bunlar Vaqif irsinin bütünlüklə gəlib çıxmamasına səbəb olur.Talan zamanı şairin əsərlərinin cox hissəsi itib- batmış,divan və əlyazmaları məhv olmuşdur.Lakin xalq sevimli şairin əsərlərinin müəyyən qismini hafizələrində yaşatmış,müxtəlif vasitələrlə mühafizə etməyə müvəffəq ola bilmişlər. Lək kənd Sənətkarlıq evinin bədii rəhbəri Bahar Ənnağıyeva çıxış edərək bildirdi ki, Vaqif yüksək zövq,incə hisslər,dərin və nikbin duyğuya malik bir şair olub.Onun yaradıcılığında məhəbbət lirikası əsas yer tutur.Sonra lək kənd orta məktəbinin 8a sinif şagirdləri ,həmçinin kitabxananın fəal oxucuları olan Əliyeva Qənifə,Hüseyinov Hikmət şairin “Badi-səba bir xəbər ver könlümə” , “Hər yetən gözələ gözəl demənəm”adlı qoşmalarından səsləndirdilər.