08.04.2022
06.04.2022-çi il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Aşağı Ağasıbəyli kənd kitabxana filialı ,Yuxarı Ağasıbəyli kənd orta məktəbinin icma əsaslı məktəbəqədər təhsil mərkəzində 5 yaşa qədər uşaqlara,"Nağıl saatı" keçirildi .Aşağı Ağasıbəyli Kənd kitabxana filialının müdiri Nəsrəddin Bayramov uşaqlarla tanışlıqdan sonra onlara "Xoruz"və "Cırtdan"ın nağılını oxuyaraq onları sehirli aləmə apardı.Sonra o bildirdi ki, nağıllar nəsildən, nəsilə ötürülən, körpələrin dünya ilə təmasını tənzimləyən dünya görünüşünü artıran əvəzsiz bir xəzinədir.Belə "Nağıl saatlarını" keçirməklə məqsədimiz uşaqları körpə yaşlarından kitabxanaya cəlb etmək , kitaba olan marağını artırmaq , onları vətənpərvərlik ruhunda tərbiyə etməkdən ibarətdir.