08.04.2022
07.04.2022-ci tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Musiqi-not fonoteka şöbəsi görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı ”Fikrət Əmirovun Musiqi dunyası” adlı sərgi təşkil etdi.
Şöbənin böyük kitabxanaçısı Nabat Şükürova Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun rəngarəng yaradıcılığan, bəstəkarın ecazkar xalq musiqisi və muğam ənənələrini müasir musiqi texnikası ilə uğurlu şəkildə birləşdirərək, neçə-neçə dəyərli opera, balet, simfoniya, mahnı, romans və kamera-instrumental əsər meydana gətirməsi haqqında məlumat verdi.
Sərgidə bəstəkarın“Şur”,“Kürd-ovşarı,“Gülüstan-Bayatı Şiraz” simfonik muğamlarının, F.Əmirov yaradıcılığının ən yüksək zirvəsi olan III pərdəli “Sevil” opeasının, SSRİ Dövlət mükafatına layiq görüldüyü ikipərdəli “Min bir gecə” baletinin Partituraları və həmçinin Səadət Təhmirazqızının F.Əmirovun 90 illiyinə həsr olunan monoqrafisı, Rauf İsmayılzadənin “Fikrət Əmirovun sənət dünyası”, Fikrət Əmirov biblioqrafiya və başqa əsərləri nümayiş olundu