Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kim sağlamdırsa, o gəncdir”başlığı altinda məruzə təşkil olunub

07.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu zalında “Kim sağlamdırsa, o gəncdir”başlığı altinda məruzə təşkil olundu . Kitabxananın əməkdaşı Əfsanə Bağırova çıxış edərək 7 aprel Ümumdünya Sağlamlıq Günü  haqqında məlumat verdi. 1950-ci ildən etibarən hər il aprelin 7-də Ümumdünya Sağlamlıq Gününün qeyd olunmasından, 2021-ci ildən sağlamlığın əhəmiyyətinin daha da artmasından bəhs etdi. O vurğuladı ki, hansı cəmiyyətdə sağlam insan çoxdursa, o cəmiyyətdə inkişaf davamlı olur. Bu səbəbdən də insan sağlamlığı dövlətimizin qarşısında duran əsas vəzifələrdəndir. Ə. Bağırova insanların xəstəliklərlə mübarizə aparmasında maarrifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışdı. O, istənilən xəstəliklə mübarizədə erkən diaqnoz qoyulmasını zəruri hesab etdiyini və bu tədbirin keçirilməsində əsas məqsədin insanlara sağlamlığın nə qədər önəmli olduğunu anlatmaq, səhiyyə müəsissələrini isə insanların sağlamlıqla bağlı problemlərini həll etməkdə səylərini əsirgəməməyə çağırmaqdan ibarət olduğunu söylədi.Tədbir iştirakçılar sağlamlıq günü haqqında suallar səsləndirdi.

Tədbir diskussiya şəklində sona çatdı.

 

89 KB

 

92 KB