Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” Sağlamlığımızı qoruyaq” adlı dəyirmi masa təşkil olunub

07.04.2022

07.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Samux şəhər kitabxana filialında Ümumdünya Sağlamlıq günü ilə əlaqədar " Sağlamlığımızı qoruyaq" adlı dəyirmi masa təşkil olunub. Dəyirmi masada Samux şəhər kitabxana filialının əməkdaşları, Sərbəst güləş üzrə idman qrupunun müəllimi və şagirdləri iştirak etdi. Tədbiri giriş sözü ilə Samux şəhər kitabxana filialının müdiri Bahar Gözəlova tədbiri açıq elan edərək çıxışında qeyd etdi ki, sağlamlıq insan həyatı üçün ən böyük sərvətlərdən biri hesab olunur. Sağlam yaşamağın açarı ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Gün ərzində yediyimiz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Hər bir şeyin ölçüdən artıq qəbul edilməsi, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər. Bu baxımdan hər bir insan sağlamlığa zərər yetirən amilləri və ondan qorunmaq üsullarını bilməlidir. Sərbəst güləş üzrə idman qrupunun müəllimi Anar Cəlilov iştirakçılara idmanın faydalarından, insanının sağlam yaşaması üçün həyatı əhəmiyyətindən söhbət açdı. Kitabxana filialının multimedia resursları üzrə mütəxəssisi Samirə Ələkbərovada çıxışında iştirakçılara sağlamlıq hüquqları haqqında məlumat verdi. O, qeyd etdi ki, sağlamlıq hüququ sağlam olmaq hüququ kimi başa düşülməməlidir: Hər bir insanın xəstəliyə qarşı qorunmasını təmin etmək mümkün deyildir. Bu, hər bir kəsin ayrı-seçkiliyə yol verilmədən müxtəlif xidmətlərdən, avadanlıqlardan və mallardan, habelə mümkün qədər sağlam qala bilmək üçün zəruri olan uyğun yaşayış şəraitindən istifadə etmək hüququdur. Sağlamlıq hüququna yalnız sağlamlıq xidmətləri daxil deyildir, bura həmçinin sağlamlığımızı müəyyən edən aşağıdakı şərtlər də daxildir: təhlükəsiz içməli suya çıxış imkanı, müvafiq sanitariyaya və mənzilə sahib olmaq, kifayət qədər qida, sağlam iş və ətraf mühit şəraiti və sağlamlıqla əlaqəli təhsilə və maariflənməyə çıxış imkanları kimi bir çox təminatları aid etmək olar Tədbirdə iştirak edən şagirdlər sağlamlıq hüquqları və vərdişləri haqqında geniş məlumatlandırıldılar.

 

73.2 KB

 

112.9 KB