07.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana filialı XXI əsrin bəlası sayılan Covid-19 koronavirus pandemiyasından başlayan və müxtəlif adlarla hələ də davam edən, insanlar arasında sürətlə yayılan viruslardan qorunmağın yollarını kiçik yaşlı oxuculara çatdırmaq, onları maarifləndirmək məqsədilə Gəncə şəhər M.Ş.Vazeh adına 16 saylı tam orta məktəbin II sinif şagirdləri ilə “Mikroblardan necə qorunmalı?” başlığı altında tədbir keçirtdi. Tədbiri 15 saylı filialın böyük kitabxanaçısı Səkinə Kərimova apardı. Kitabxanaçı ilk öncə mikroblar, bakteriyalar və onların asanlıqla yayılma səbəbləri haqqında uşaqlara məlumat verdi. Qeyd etdi ki, onlardan qorunmağın ən vacıb və asan yolu təmizliyə və şəxsi gigiyenaya riayət etməkdir. Kitabxanaçı uşaqlara təmizlik, düzgün qidalanma, həyat tərzi haqqında suallarla müraciət edib, onlardan ən düzgün cavabı almağa çalışdı. Sonra “Mikroblardan qorunun!” başlığı altında hazırlanmış videoçarxı nümayiş etdirdi. Sonda məktəblilərə öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.