Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tarix yazan qəhrəman” başlıqlı tədbir keçirilib

07.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialı 06.04.2022-ci il tarixdə II Qarabağ şəhidi Dünyamalıyev Elşən Mübariz oğlunun anadan olmasının 25 illiyi ilə əlaqədar "Tarix yazan qəhrəman" başlıqlı tədbir  keçirdi. İlk öncə Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Böyük kitabxanaçı Risalə Həsənova çıxış edərək  qeyd etdi ki,  Dünyamalıyev Elşən Mübariz oğlu 1997-ci il aprelin 6-da Gəncə şəhərində anadan olmuşdur.  O, Vətənin dar günündə, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərə biganə  qalmayaraq II Qarabağ Vətən müharibəsində iştirak etmiş, şücaət göstərmişdir. Lakin sentyabrın 30-da Fizuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişdir.  Şəhidin nəşi  01.10.2020-ci il  Gəncə şəhər  Şəhidlər xiyabanında dəfn edilmişdir.
Elşən Dünyamalıyev aprel döyüşlərində də iştirak etmişdir.  O, ölümündən sonra "Vətən uğrunda", "Fizulinin azadlığı uğrunda", "İgidliyə görə" medalları ilə təltif edilib.
Tədbirdə kitabxananın oxucuları və Yaradıcılıq Evinin kollektivi  iştirak etdi.

 

54.9 KB

 

61.5 KB