Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Molla Pənah Vaqifin yaradıcılığında Şuşa mühiti ”  başlıqlı oxucu konfransı keçirilib

06.04.2022

6.03.22-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 24 saylı  kitabxana filialı XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin  anadan olmasının 305 illiyi münasibətilə "Molla Pənah Vaqifin yaradıcılığında Şuşa mühiti "  başlıqlı oxucu konfransı keçirdi. Konfransı filialın müdiri Rahilə Qasımova açdı: Molla Pənah Vaqifin həyatı,  Şuşada gördüyü böyük işlər və "Şuşa ili" haqqında məlumat verdi. Tədbirdə Filologiya elmləri doktoru, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türk xalqları ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi Xuraman Hümmətova,  AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin elmi işçisi Leyla Kərimova, GDU-nin Ümumi tarix kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarlı, Cəfər Cabbarlı adına 6 saylı tam orta məktəbin Gənclərin Çağrışa Qədərki Hərbi Hazırlıq Rəhbəri Nəriman Sadıqov çıxış etdilər. Tədbirdə Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatı tarixində  özünəməxsus mövqeyi olan qüdrətli ədəbi simalardan olunduğu söylənildi və ədəbiyyat tatiximizdə Nizami, Füzulidən sonra ədəbi məktəb yaradan  üçüncü sənətkar olunduğu  qeyd edildi. Onun yaradıcılığı  ədəbiyyatımızın yüksəliş tarixində yeni bir mərhələnin başlanğıcı idi. Çıxış edənlər qeyd etdilər ki, Azərbaycan ədəbi dilinin  inkişafında Vaqifin xidmətləri böyükdür. O, heca  vəznində yazdığı şeirlərində xalq dilindən sənətkarlıqla istifadə edərək onu ədəbi-bədii dil səviyyəsinə qaldırmışdır.
 Həmçinin şairin yaşadığı dövrün tarixi haqqında konfransda ətraflı məlumat verildi. Konfransda şairin məşhur siyasi və ictimai xadim olaraq gördüyü böyük işlər ona yaşadığı zamanda böyük nüfuz  qazandırması və Şuşa mühitinin   şarin yaradıcılığında  mühüm rol oynaması xüsusi ilə vurğulandı.  Tədbirdə Molla Pənah Vaqifə həsr edilmiş videoçarx nümayiş etdirildi.
Sonda 24 saylı tam orta məktəbin şagirdi Banu Abdullayeva  şairin "Durnalar" şeirini söylədi.

 

55.2 KB