06.04.2022
Gəncə regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 saylı kitabxana filialı 6.04.2022-ci il tarixdə görkəmli söz ustadı Molla Pənah Vaqifin anadan olmasının 305 illiyi ilə əlaqədar "Görkəmli söz ustadı-Molla Pənah Vaqif" adlı dəyirmi masa keçirdi. Tədbiri giriş sözü ilə böyük kitabxanaçı Nahidə Əliyeva açdı. Çıxış edərək şairin həyat və yaradıcılığı haqda məlumat verdi.
Müzəffər Azerbaycan Ordusunun şanlı qələbəsindən sonra, 39 il əvvəl məğbərənin açıldığı gundə - yanvarın 14-də Şuşa şəhərinə səfər zamanı Vaqif türbəsini ziyarət edən Prezident Ilham Əliyevin tapşırığına əsasən, Heydər Əliyev fondu tərəfindən burada təmir bərpa işləri aparılıb. Tədbirdə gənc oxucu Turanə Həsənova , Səkinə Məmmədova, Ülkər Əliyeva cıxış etdilər. Sonda aparıcı bildirdi ki, görkemli şairin adını xalqımız həmişə uca tutmuş, xatirəsini əbədiləşdirmişdir. Şəhərimizdə 8 saylı tam orta məktəb şairin adını daşıyır.