Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Badi-səba, bir xəbər ver könlümə”-adlı ədəbi-bədii gecə keçirilib

06.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 19 saylı kitabxana filialı 06.04.2022-ci il tarixində onlayn formatda  XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi Şair Vaqif Molla Pənah Mehdi ağa oğlunun anadan olmasının 305 illiyi münasibətilə "Badi-səba, bir xəbər ver könlümə"-adlı ədəbi-bədii gecə keçirdi. MKS-nin 19 saylı kitabxana filialının müdiri  Elza Əliyeva tədbiri açıq elan etdi.  Tədbirdə  Vətən müharibəsi şəhidlərinin  ruhları bir dəqiqəlik sükutla yad edildi. Kəlbəcər rayon 109 saylı orta məktəbin direktor müavini Şikar Baxışov “M.P.Vaqifin ədəbi və siyasi fəaliyyəti”, Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimələrindən Züleyxa Mirzəyeva “M.P.Vaqifin əsərləri  klassik irsimizin ən gözəl nümunələrindəndir”, Mərquşə İbrahimova “Azərbaycan şeri tarixində yeni bir dövr”, ibtidai sinif müəlliməsi Fidan Musayeva “Vaqif yaradıcılığında lirik poeziyanın yeni inkişaf mərhələsi”, Azərbaycan  yazıçılar birliyinin üzvü Gəncə Yazıçılar Birliyinin baş məsləhətçisi şairə Aləmzər Əlizadə “Aşıqların, xalq şairlərinin Vaqif yaradıcılığına məhəbbəti”,  adlı mövzularla çıxışlar etdilər. Kəlbəcər rayon 109 saylı orta məktəbin şagirdlərindən Mina Abbasova, Şəbnəm Novruzova,Yeganə Mədətli,Cabbar Qafarov, Leyla, Aygün, Xəyalə M.P.Vaqifin şeirlərini, Əhliyyət Məmmədov isə sazda M.P.Vaqifin sözlərinə bəsdələnmiş mahnılar ifa etdilər. Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbin III  sinif şagirdlərindən Babayeva Duyğu “Zaman”, Babayev Hikmət “Zeynəb”, İsmayılov Hüseyn, Qəşəmli Mehri ”Pəri”, İsmayılov Mirkamil, Qasımova Aynur, Xəlilzadə Fatimə, Babayeva Fatimə ”Durnalar”, Alizadə Nərmin, Hüseynli Mədinə “Bəri bax”, Hüseynov Fəqan, Vəliyev Məhəmmədəli “Hayıf ki, yoxdur”, Əliyev Amin “Deyiləm”, Məmmədova Fidan ”Ağlayır”, Nəzərov Hüseyn “Pərvanələr”, Qurbanov Yusif “Bu yerdə”, şerlərini söylədilər.  Sonda M.P.Vaqifin haqqında hazırlanmış  "Badi-səba, bir xəbər ver könlümə” adlı video çarx nümayiş edildi.

 

102.6 KB