06.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Gənclər kitabxana filialı 06.04.2022-ci il tarixdə görkəmli söz ustadı Molla Pənah Vaqifin 305 illiyi ilə əlaqədar "Yurdun azad, ruhun azaddır Vaqif" adlı ədəbi- bədii gecə keçirtdi. Tədbir Gəncə Maarif evində baş tutdu.Tədbirdə GDU-nun və GTK-nın müəllim və tələbələri, Maarif evinin könüllü gəncləri və Uşaq incəsənət məktəbinin müəllim və şagirdi iştirak edirdilər. Böyük kitabxanaçı Xəyalə İsmayılova iştirakçıları salamladıqdan sonra Vaqifin həyat və yaradıcılığından qısa məlumat verdi .Tədbirdə iştirak edən GDU-nun ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov Vaqifin Qarabağ xanlığındakı fəaliyyətindən ətraflı məlumat verdi.Sonra
Uşaq İncəsənət Məktəbinin tar müəllimi Abbasov Müşfiq və məktəbin şagirdi Əliyeva İlahə "Şahnaz muğamını" ifa etdilər.Gəncə Maarif evinin rəhbəri İmamverdi Vəliyev Vaqifin "Gözəl boylu gözəl yar" təcnisini söylədi. GDU-nun tarix fakultəsinin tələbəsi Natiq Vaqifin yüksək zövq incə hisslər və nikbin duyğular şairi olduğunu dedi. Sonda kitabxananın müdiri Məryam Məmmədova tədbir iştirakçılarına təşəkkür etdi və gənclərin belə tədbirlərə vaxt ayırmalarını arzu etdi.