Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Asəf Zeynallının 113 illik yubileyi” ilə əlaqədar tədbir keçirilmişdir.

06.04.2022

05.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Düzqışlaq kənd Uşaq Musiqi Məktəbində fortepiano, xalq çalğı alətləri və nəzəriyyə şöbələrinin birlikdə  görkəmli Azərbaycan bəstəkarı "Asəf Zeynallının 113 illik yubileyi" ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Asəf Zeynalabdin oğlu Zeynallının həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilərək bildirildi ki, görkəmli bəstəkar Asəf Zeynalabdin oğlu Zeynallının 1909 - cu ildə Dərbənddə doğulmuşdur. 7 yaxşı olanda anasi onu Dərbənd realnı məktəbinə qoymuşdur. O, burada uşaq xorunda oxumağa başlayır, klarnet çalmağı öyrənir. Asəf 11 yaşında olanda ailəsi ilə birlikdə Bakıya köçür. Bakı Musiqi Texnikomunda trurba, violençel, fortepiano siniflərində təhsil alır. "Truba üçün pyes " ni 14 yaşında özü ifa edir. Asəf Zeynallı 1923-1926-cı illərdə Bakı Musiqi Texnikomunda, 1931 - ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini Üzeyir Hacıbəyovun sinfini bitirir. Qara Qarayev, Tofiq Quliyev bir müddət onun tələbələri olmuşlar. 23 iı ömür sürməsinə baxmayaraq milli musiqi sənətində silinməz iz qoymuşdur. Məruzəçi bildirdi ki, Asəf Zeynallı milli romans, piano və sinfonik musiqinin banisidir. Onun "Ölkəm", "Sərhədçi", "Çadra", "Sual", "Seyran" romansları milli vokal musiqimizin inciləridir.Piano üçün "Uşaq suitası" silsiləsi, "Çahargah" pyesi, "Muğamsayağı" və "İbtidai not savadı " adlı dərslik tərtib etdiyini bildirdi. Məktəbin xor, fortepiano, kamança, xanəndə və ansanbılın ifasında bəstəkarın əsərləri ifa olundu.

 

161.9 KB

 

100.9 KB

 

90.5 KB