06.04.2022
05.04.2022-ci il tarixdə Naftalan Mərkəzində Mədəniyyət Mərkəzinin və Tarix Muzeyinin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar imzaladığı Sərəncamın icrası ilə bağlı tədbir keçirildi. Tədbirdə Muzeyin direktoru E. Quliyev çıxış edərək Şuşa şəhərinin zəngin inkişaf yolundan, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında necə rol oynamasından söhbət açdı. Daha sonra Mədəniyyət Mərkəzinin direktoru A. Quliyev çıxış edərək bu il Şuşanın təməlinin qoyulmasının 270 illiyi qeyd edilməsindən və 44 günlük Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini necə azad olunmasından söhbət açdı.