06.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Baxçakürd kənd kitabxana filialı 05.04.2022 ci il tarixində Teyyub Abbsov adına Baxçakürd kənd tam orta məktəbin müəllim kollektivi ilə birlikdə 2016 ci il aprel döyüşlərinin altıncı il dönümü bağlı "Qələbəyə aparan yol" adlı dəyirmi masa keçirdi. Tədbirdə kitabxana filialının böyük kitabxanaçısı Məhərrəmova Esmira çıxış edərək aprel döyüşlərinin qələbəmizə apardığı yol olduğunu bildirdi. Rəşadətli ordumuz bu döyüşlərdə öz gücünü düşmənə və dünyaya sübut etdi. Aprel döyüşləri bizim şanlı tariximizdir. Bunun davamı olaraq 2020 ci il sentyabrın 27 də ordumuz düşmənin hücumunun qarşısını alaraq vətən müharibəsinə başladı. Şükürlər olsun ki, 44 günlük müharibə Azərbaycanın qələbəsi ilə nəticələndi. Azərbaycan 200 ildə ilk dəfə olaraq ərazi bütövlüyünü bərpa etdi.