Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazi Razi Cavadov ziyarət edilib

06.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mərkəzləşdirilmiş kitabxana sisteminin Balakürd kənd kitabxana filialı Balakürd kənd Mədəniyyət evinin işçiləri ilə bir yerdə 04.04.2022-cil il tarixində 2016-cı ildə başlayan 4 günlük savaşda qazi olmuş Razi Cavadovun evində görüş təşkil etdik.Əvvəlcə qazimizə allahdan şəfa dilədik.Qazi Razi Cavadov keçdiyi döyüş yolu haqqında danışdı.O bildirdi ki, aprel döyüşləri 44 günlük Vətən müharibəsinə aparan ilk qələbəmiz idi.Bu müharibə az müddət davam eləsədə düşmənin keçilməz sədlərini darmadağın etdik.Goranboy rayonunun Gülüstan qəsəbəsinin həmçinin Talış kəndi ətrafında bir sıra strateji yüksəklikləri o cümlədən Lələtəpə yüksəkliyini ələ keçirtdik.Xeyli sayda şəhid və yaralılarımız oldu, məndə yaralıların içində idim.Sonda bir daha qazimizi bu qələbə münasibəti ilə təbrik edib, şəhidlərimizə rəhmət dilədik.Hal-hazırda qazimiz iki oğul övladı böyüdür.

 

64 KB