06.04.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Naftalan şəhər Heydər Əliyev Mərkəzində "Aprel döyüşləri bizim şanlı səhifəmizdir" adlı tədbir keçirildi. Naftalan şəhər Təhsil şöbəsinin dəstəyi ilə keçirilən tədbirdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli və S.Vurğun adına 2 nömrəli tam orta məktəbin müəllim və şagirdləri iştirak etdi. Tədbirə gələn müəllim və şagirdlər əvvəlcə Mərkəzin əməkdaşı Lamiyə Məmmədova tərəfindən Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən fotoşəkillərlə tanış olub. Tədbiri Mərkəzin direktoru Faiqə Ağayeva açaraq Aprel döyüşləri haqqında ətraflı çıxış etdi. Vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Mərkəzin əməkdaşı Lamiyə Məmmədova Aprel döyüşlərindən və 44 günlük Vətən müharibəsindən danışdı. Sonda Müdafiə Nazirliyi