Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Aprel savaşları-Zəfərin başlanğıcı” mövzusunda seminar keçirilib

06.04.2022

05.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi Samux rayon Təhsil Şöbəsi ilə birgə iş layihəsinə uyğun olaraq Samux rayon Füzuli kənd ümumi məktəbində tariximizdə xüsusi yerə malik Aprel döyüşləri ilə əlaqədar olaraq "Aprel savaşları-Zəfərin başlanğıcı" mövzusunda seminar keçirildi. Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad edildi. Samux Heydər Əliyev Mərkəzinin əməkdaşları məktəblilərə Aprel savaşının tariximizdəki önəmindən geniş bəhs etdilər. Uşaqlarla mövzunu müzakirə şəklində davam etdirdilər və Aprel döyüşlərindən bəhs edən sənədli film izlənildi.

 

97.2 KB

 

77.5 KB

 

83.4 KB