05.04.2022
05.04.2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Samux şəhər kitabxana filialında Azərbaycan sairi Molla Pənah Vaqifin anadan olmasının (1717--1797) 305 illiyi ilə əlaqədar olaraq şairin yazdığı əsərlərin kitab müzakirəsi keçirildi. Tədbirdə Samux şəhər kitabxana filianının əməkdaşları, 3 saylı tam orta məktəbin şagirdləri iştirak etdi. Tədbiri giriş sözü ilə Samux şəhər kitabxana filialının müdiri Bahar Gözəlova açaraq Azərbaycan şairi Molla Pənah Vaqifin həyat və yaradıcılığından söhbət açdı və qeyd etdi ki,Vaqifin bədii yaradıcılığı tam şəkildə dövrümüzə gəlib çatmamışdır. Lakin əldə olunan mənbələr şairin əsərlərinin mövzusu, ideya məzmunu, bədii xüsusiyyətləri və s. barədə ətraflı fikir söyləməyə imkan verir. Janrları qoşma, təcnis, qəzəl, müxəmməs, müstəzad və müəşşər idi. Bu janrlardan qoşma və təcnis xalq ədəbiyyatının, qalanları isə klassik poeziyanın poetik şəkilləridir. Müəllif öz yaradıcılığını əsasən, qoşmalarında — xalq ədəbiyyatına məxsus janrda təsdiq edə bilmişdir. Yazılı ədəbiyyata aid janrlarda isə onun poeziyası məzmun, ifadə tərzi, ideya-bədii keyfiyyəti ilə sələflərindən fərqlənir. Samux şəhər kitbxana filialının multimedia resursları üzrə mütəxəssis Samirə Ələkbərova qeyd etdi ki, Vaqif lirikasının əsas xüsusiyyətləri millilik, xəlqilik; reazilm, sadəlik və nikbinlikdir. Millilik, xəlqilik, realizm və sadəlik sənətkarın yaradıcılığının ən mühüm əlamətlərindəndir. Şair həm klassik poeziyanın ənənəvi janrlarına yeni janrlar əvəz etdi, deyiliş tərzini və ifadə üsulunu yenilədi, bədii tərzi dəyişdi, mahiyyətə real məzmun verdi. Vaqifin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Gözəllərin vəsfi Vaqif lirikasının əsas motividir. Şair onların bədii portretini məharətlə yaradıb, etnoqrafik detalları, milli koloriti qabarıq şəkildə əks etdirib. Onun qələmə aldığı şeirlər xarici və daxili zənginliyi ilə fərqlənirlər. Samux şəhər 3 saylı tam orta məktəbin 9-cu sinif şagirləri Ocaqova Səkinə, Məmmədova Səkinə və digərləri şairin qəzəllərini səsləndirdilər.