05.04.2022
Goranboy rayon Tarix-Diyarşünaslıq muzeyinin təşəbbüsüylə 5 aprel 2022-ci il tarixdə Aprel döyüşləri ilə bağlı "Zəfərə gedən yol" adlı tədbir keçirmişdir. Tədbirdə Heydər Əliyev Mərkəzi,rayonMədəniyyət Mərkəzi iştirak etmişdir.Tədbiri muzeyin direktoru Rəcəb Qarayev açaraq, aprel döyüşlərində Vətən uğrunda həlak olmuş qəhrəman şəhidlərimizdən söhbət etmişdir. Tədbir zamanı aprel döyüşlərində şəhid olmuş Goranboy rayon Qızılhacılı qəsəbə sakini Bəxtiyar Hüseynovun şəxsi əşyalarından və şəkillərindən ibarət sərgi də nümayiş olunmuşdur. Sonda aprel döyüşlərindən ibarət video çarxa baxış keçirilmişdir.