05.04.2022
Goranboy rayon Dövlət Rəsm Qalereyasında Aprel döyüşlərinin 6-cı il dönümünə həsr olunmuş tədbir təşkil edilmişdir. Qalereyanın direktoru Çinarə Abdullazadə çıxış edərək bildirmişdirki Azərbaycan ordusunun qələbəsi ilə bitən aprel döyüşlərindən 6 il ötür. 2016-cı ildə baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad ediblər.Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib. Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Sonda Goranboy rayon sakini Aprel döyüşlərində şəhid olmuş Bəxtiyar Hüseynovun fotolarından ibarət sitend və Hərbi vətənpərvərlik mövzusunda olan rəsm sərgisinə baxış keçirildi.