Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azadlıq nəğməkarı” başlığı altında söhbət keçirilib

05.04.2022

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 20 saylı kitabxana filialı 5.04.2022- ci il tarixində istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar "Azadlıq nəğməkarı" başlığı altında söhbət keçirdi.Kitabxanaçı Aidə Abdullayeva tədbir iştirakçılarını salamlayaraq öz çıxışına ulu öndər Heydər Əliyevin sözləri ilə başladı: "Əhməd Cavad 20 -ci əsrdə Azərbaycan ədəbiyyatının,onun mədəniyyətinin inkişaf etməsində misilsiz xidmət göstərmişdir.O Azərbaycan  xalqının  mədəniyyətini,ədəbiyyatı və elmini yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən biridir".
Əhməd Cavad Axundzadə 1892-ci il mayın 5-də Şəmkirin Seyfəli kəndində anadan olmuşdur.Kiçik yaşlarından Gəncəyə köçən Əhməd burda ruhani təhsili alır.Yaradıcılığına lirik şeirlərlə qədəm qoyan  şairin ilk şeiri  1913-cü ildə çap olunur.O yüksək istedada malik vətənini,xalqını bütün qəlbi ilə sevən bir türk oğlu idi.AXC -nin yaranmasını böyük sevinclə qarşılayan şair"Azərbaycan marşı"nı yazır.O öz şeirləri ilə doğma Azərbaycanda apardığı istiqlal mübarizəsinə bir ordudan çox xidmət göstərmişdir.Onun qələmi  minlərlə süngüyə bərabər idi.1937-ci il dövrün qara yelləri başlayır.Yazıçılar İttifaqı üzvlüyündən çıxarılan Əhməd Cavad həbs edilir.Ona "xalq düşməni" damğası vurulur.Xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci ildə güllələnir.Azərbaycan himnimizin müəllifi Əhməd Cavad  zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən  öz yerini,layiq olduğu zirvəni tutdu.Azərbaycan var olduqca bu yer onun olacaq.

 

48.3 KB

 

45.1 KB